Qübbə membran (qazebo)

Qübbə  Membran modelləri müasir dövrün tələblərinə cavab verən estetik, sərfəli və keyfiyytəli sistemlərdir.  Fərqli modellərdə istərsə tək, istərsə qoşa hətta üçəm Qübbə formaları ilə istənilən layihələri  hazırlamaq mümkündür. Həyət evlərində, bağ evlərində, otellərdə, restoranlarda və.s obyektlərdə kölgəlik sistemi kimi sizi günəşin, yağışın zərərli təsirindən qorumaq üçün çox əlverişli və uzun ömürlü konstruksiyadır.  

   Konstruksiya olaraq standart ölçülü  polad borulardan ( layihəyə uyğun ölçülərdə ), polad profillərdən və ya polad lövhələrdən ( layihəyə uyğun plazma kəsimdə xüsusi kəsimlə ) istifadə edilir. Konstruksiya xüsusin boya ilə boyanır.

        Örtük olaraq “-30 “+70” temperatura davamlı, suyu 100% buraxmayan, antibakterial üzlüklü, göbələk və mamır əlehinə cilalnmış, alovlanmayan 1200 qr/m2 membran parcası uzun ömürlü parcalar arasında  ən ön sıralardadır. 


  Qiymətləndirmə layihə əsasında aparılır.